Bütün xəbərlər
14 yanvar, 10:46

Elm və Təhsil Nazirliyinin sifarişi ilə 2018-2024-cü illər ərzində ölkə üzrə 104 təhsil müəssisəsi tikilərək istifadəyə verilib.

Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan 8-i Bakıda, 96-sı isə regionlardadır.

Eyni zamanda 6-sı Bakıda, 55-i regionlarda olmaqla 61 təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb. 2018-2024-cü illər ərzində 4000-dən artıq təhsil müəssisəsində cari təmir işləri həyata keçirilib. Bundan başqa, 2017-2022-ci illər ərzində 414 modul tipli məktəb quraşdırılaraq təhvil verilib.

2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına Elm və Təhsil Nazirliyinin sifarişi ilə 57 təhsil müəssisəsində (3 peşə, 5 məktəbdənkənar, 1 uşaq bağçası, 48 ümumi təhsil müəssisəsi) tikinti-quraşdırma işləri aparılıb ki, həmin müəssisələrdən 46-sı yeni tikili, 11-i isə əsaslı təmirdir.

2024-cü ildə 21 təhsil müəssisəsinin təmir-tikintisi başa çatdırılıb, 9 müəssisədə isə son tamamlanma işləri aparılır, eyni zamanda 27 (22 ümumi təhsil) təhsil müəssisəsinin təmir-tikintisinin 2025-ci ildə bitirilməsi planlaşdırılır. Həmçinin vəsait ayrılacağı təqdirdə layihələndirilməsi aparılan 33 təhsil müəssisəsinin (3 peşə, 30 ümumi təhsil müəssisəsi) təmir-tikintisinə başlanılması planlaşdırılır.

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 12 ümumi və 7 məktəbəqədər təhsil müəssisəsinin təmir-tikinti işləri başa çatdırılıb. 4 ümumi təhsil, 1 peşə liseyi, 3 məktəbəqədər təhsil müəssisəsində tikinti işləri davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərdə 2000-nə yaxın şagird və 250-dən çox təhsilverən daxil olmaqla ümumilikdə 11 ümumi təhsil müəssisəsi, 162 uşaq və 21 təhsilverən daxil olmaqla ümumilikdə 6 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb.

Xəbər lenti

5 fevral, 19:18

Samux məktəbində kompleks yoxlamalara başlanıldı - SƏBƏB

5 fevral, 19:00

Təlimdə açıq izahın əhəmiyyəti: Dəyişən yanaşmalar və tələbələrin uğuru 

5 fevral, 18:31

Məktəbdənkənar təhsil müəssisələrinə elektron qeydiyyat başa çatıb

5 fevral, 18:00

Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 

5 fevral, 17:30

Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib

5 fevral, 17:10

Gənc müəllim: Dərsdə ən zəif şagirdin belə fəal olmasına çalışıram

5 fevral, 17:03

Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək

5 fevral, 16:58

Təhsilin “McDonaldlaşdırılması”: səmərəlilik, yoxsa dəyərlərin itkisi? 

5 fevral, 16:52

Texniki və yumşaq bacarıqlar ilk dəfə keys metodu ilə qiymətləndirilib

5 fevral, 16:37

Təhsil real həyatla əlaqələndirilməlidir - Laura Hinz nümunəsi 

5 fevral, 16:04

Akademik uğurların artması üçün nələrə diqqət yetirilməlidir?    

5 fevral, 15:53

Elm və təhsil naziri Emin Əmrullayev sabah brifinq keçirəcək

5 fevral, 15:43

Özəl bağçalar davranış pozuntuları olan uşaqları uzaqlaşdırmağı çıxış yolu sayırlar - Mütəxəssis

5 fevral, 15:30

NASA: Yeni yanacaq texnologiyası ilə Marsa cəmi 45 günə gedilə bilər

5 fevral, 15:19

Şuşada STEAM Mərkəz fəaliyyətə başlayıb

5 fevral, 15:11

Ayın iki nəhəng kanyonu 10 dəqiqədən az bir vaxtda formalaşıb

5 fevral, 14:52

Mil-Muğan regionunda 2 yeni məktəb binası istifadəyə veriləcək

5 fevral, 14:31

Mingəçevirdə dərs zamanı halı pisləşən məktəbli vəfat edib

5 fevral, 14:21

Şagirdlərin peşə bacarıqlarının inkişafında yaradıcı düşüncənin rolu

5 fevral, 14:06

“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı konfrans başlayıb

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.