Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsil müəssisələrinin rəhbərləri üçün təlimlərin keçirilməsinə başlanılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, təlimlər orta ixtisas təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və həmin müəssisələrə rəhbərliyi həyata keçirən şəxslərin peşəkar bacarıqlarının artırılması məqsədilə keçirilir.
Təlimin ilk günündə iştirakçılar kredit sistemi ilə tədrisin təşkili, tədris sənədlərinin hazırlanması, təcrübənin təşkili və digər məsələlərlə bağlı məlumatlandırılıb.
Qeyd edək ki, orta ixtisas təhsilinin idarə olunması, insan resursları və hüquq, maliyyə savadlılığı, təhsildə keyfiyyətin təmin olunması, media və ictimaiyyətlə münasibətlər kimi müxtəlif mövzuları əhatə edən təlimlər 5 gün davam edəcək.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)