Bütün xəbərlər
30 aprel, 09:49

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı,Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə yeni layihçərçivəsində təlimlərə start verilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, layihənin məqsədi peşə təhsilinin keyfiyyətini artırmaq, tədris prosesində innovativ pedaqoji yanaşmaların tətbiqini təşviq etmək, mühəndis-pedaqoji heyətin peşəkar bacarıqlarını inkişaf etdirmək, eləcə də əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

Təlimlər dörd əsas istiqamət üzrə aparılır:

          •         Layihələrin idarəedilməsi

          •         Karyera hazırlığı və şəxsi inkişaf

          •         Yumşaq bacarıqlar

          •         Microsoft Excel proqramı üzrə bacarıqlar

Təlim modulları iştirakçı qrupların ehtiyacları nəzərə alınmaqla hazırlanıb. “Layihələrin idarəedilməsi”, “Yumşaq bacarıqlar” və “Excel” təlimləri təhsilverənlər üçün nəzərdə tutulub və onların pedaqoji, eləcə də şəxsi inkişafına yönəlib. “Karyera hazırlığı və şəxsi inkişaf” təlimləri isə təhsilalanlara ünvanlanıb və onların əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasına dəstək verməyi hədəfləyir.

Təlimlərə əsasən həmkarlar ittifaqlarının üzvü olan tələbələr cəlb olunub. 

Layihənin 10 may 2025-ci il tarixinədək davam etməsi nəzərdə tutulur. Proqramı uğurla başa vuran bütün iştirakçılar sonda sertifikatla təltif olunacaqlar.

Bu təşəbbüs peşə təhsili sisteminin davamlı inkişafı, müasir əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılması və ümumilikdə tədris keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

1 /2

Şərhlər

Xəbər lenti

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.