Peşə təhsili müəssisəsindəki ölüm hadisəsi ilə bağlı araşdırma aparılır – AÇIQLAMA
12 yanvar 2026-cı il tarixində Röyal Bayramov Vüqar oğlu səhər saatlarında təhsil aldığı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində olarkən səhhəti qəfil pisləşib və huşunu itirərək yıxılıb.
Mövzu ilə əlaqədar Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə bildirilib ki, təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırmaya başlanılıb:
"Hadisə dərhal qeydə alınıb, tələbə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".
Agentlikdən verilən açıqlamada qeyd olunur ki, faktla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırma aparılır: "Hadisənin təfərrüatları araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə açıqlanacaq".


