Peşə təhsili üzrə də təhsil tələbə krediti veriləcək – Bəhruz Əzimov

25 Dekabr, 2025 - 11:12
Peşə təhsili üzrə də təhsil tələbə krediti veriləcək

Təhsil tələbə kreditlərinin 35 faizi həssas təbəqədən olan şəxsləri əhatə edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nin 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.  

Onun sözlərinə görə, növbəti ildən ilkin peşə təhsili üzrə də Təhsil Tələbə Krediti veriləcək. O bildirib ki, bununla bağlı qanunvericilik layihəsi artıq hazırdır və təsdiq üçün təqdim edilib:

"Təhsil tələbə kreditləri sosial və standart növlər olaraq verilir. Müvafiq olaraq fazi dərəcələri 2 və 6 faizdir. Sosial növ həssas təbəqədən olan şəxslərə verilir. Bu növ üzrə 24 437 kredit rəsmiləşdirilib. Standart kreditlər üzrə isə 45 956 müqavilə rəsmiləşdirilib (65 faiz). 

Bəhruz Əzimov qeyd edib ki, müqavilələrin 69 faizi bakalavr səviyyəsi üzrə rəsmiləşdirilib".