Qəbələ Peşə Mərkəzinin tələbələri aqrar-sənaye üzrə biliklərini artırırlar

9 Yanvar, 2026 - 09:48
Qəbələ Peşə Mərkəzinin tələbələri aqrar-sənaye üzrə biliklərini artırırlar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri rayonda fəaliyyət göstərən Qəbələ Konserv Zavoduna ekskursiya ediblər.

Peşə Təhsil Mərkəzindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, səfərin məqsədi tələbələrin aqrar-sənaye sahəsi üzrə praktiki biliklərini artırmaq, yerli istehsal müəssisələrinin fəaliyyəti ilə tanışlıqlarını təmin etmək və peşə maraqlarını daha da gücləndirmək olub.

Ekskursiya çərçivəsində tələbələr kartof emalı, meyvə şirələri və sərinləşdirici içkilərin istehsalı sahələri ilə tanış olub, xammalın qəbulundan hazır məhsulun qablaşdırılmasına qədər olan bütün mərhələləri yaxından izləyiblər.