Bütün xəbərlər
14 may, 12:03

AMEA-nın Naxçıvan Bölməsində görkəmli dilçi alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova ilə görüş keçirilib.

AMEA-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, tədbiri açan AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə qonağı iştirakçılara təqdim edib. Akademik, professor Mahirə Hüseynovanın həyat və yaradıcılıq yoluna nəzər salıb, onun elmi və pedaqoji fəaliyyətinin əsas istiqamətlərini diqqətə çatdırıb, xüsusilə müasir Azərbaycan dilçiliyinə verdiyi töhfələri vurğulayıb. O, həmçinin qeyd edib ki, Mahirə xanım elmi fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıq sahəsində də fəallığı ilə seçilir müəllifi olduğu bir sıra şeirlərə musiqi bəstələnib və bu əsərlər böyük sevgi ilə ifa olunur.

İsmayıl Hacıyev çıxışında professor Mahirə Hüseynovanın elmi araşdırmalarında Ulu Öndər Heydər Əliyev irsinin və Qərbi Azərbaycan mövzusunun xüsusi yer tutduğunu qeyd edib. Çıxışının sonunda bölmə sədri qonağa bölmə alimlərinin yeni nəşr olunmuş elmi əsərlərini hədiyyə edib, ona elmi və bədii yaradıcılığında yeni uğurlar arzulayıb.

Professor Mahirə Hüseynova tədbirdə çıxış edərək doğma torpaqda olmaqdan böyük qürur və məmnunluq duyduğunu bildirib, elmi fəaliyyətinə və yaradıcılığına göstərilən diqqətə görə təşəkkür edib.

Görüş çərçivəsində professor Mahirə Hüseynova “Ümummilli Lider Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda məruzə edib. Alim məruzəsində Ulu Öndərin fəaliyyətində Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli kimliyin qorunması, tarixi torpaqlarımızın bərpası, elmin, təhsilin inkişafı və cənub mövzusunun əhəmiyyətindən, gənclərin xarici ölkələrdə ali təhsil almasına göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Alimin Qərbi Azərbaycan mövzusunun tariximizdə və dövlətçilik tariximiz üçün önəmindən, soydaşlarımızın öz doğma ata-baba yurdundan deportasiya edilməsindən, toponimlərimizin məqsədli dəyişdirilməsindən danışıb, tarixi həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işləri ətraflı şəkildə iştirakçıların diqqətinə çatdırıb.

Məruzə Ümummilli Liderin qaçqın və məcburi köçkünlərə qayğısı, türkologiya sahəsində gördüyü işləri də əhatə edib. Alimin fikirləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Məruzənin sonunda Mahirə Hüseynova mövzu ilə bağlı qələmə aldığı şeirlərdən nümunələr səsləndirib, elmi-tədqiqatlarının gələcək istiqamətləri ilə bağlı iştirakçıların suallarını cavablandırıb.

Daha sonra qonaq, müəllifi olduğu bir neçə kitabı akademik İsmayıl Hacıyevə hədiyyə edib. Görüşün sonunda xatirə şəkli çəkilib.

1 /3

Şərhlər

Xəbər lenti

14 may, 16:00

Bu il 215 əcnəbi NDU-nun məzunu olacaq

14 may, 16:00

AzMİU və Ege Universiteti arasında elmi əməkdaşlıq seminarı keçirilib

14 may, 15:59

“Milli Proqram” çərçivəsində növbəti 7500 nəfər təlimlərə başlayıb

14 may, 15:51

ADNSU-da Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda infosessiya keçirilib

14 may, 15:45

Uşaqlar niyə yalan danışırlar?

14 may, 15:28

Monitorinqlərlə bağlı tez-tez verilən SUALLARA CAVAB

14 may, 15:21

Azərbaycan nümayəndə heyəti PISA-nın iclasında iştirak edib

14 may, 15:00

Təqdimat bacarığı: Şagirdlər Heydər Əliyevi necə təqdim etdilər?

14 may, 14:53

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

14 may, 14:25

Sabaha olan hava proqnozu açıqlanıb 

14 may, 13:31

“Astronomiya və astrofizikanın aktual problemləri” mövzusunda respublika konfransı keçiriləcək

14 may, 13:25

İş dünyasına açılan qapı: Tələbə və işəgötürənlər bir arada - REPORTAJ

14 may, 13:00

“Tanınmış müəllim olmaq istəyirəm” – Gimnastın uğur hekayəsi  

14 may, 12:30

BMU tələbələri beynəlxalq sərgilərdə iştirak edirlər

14 may, 12:22

LDU-da maarifləndirici sessiya keçirilib

14 may, 12:19

4SİM İstanbulda keçirilən "TRT World NEXT 2025" tədbirində təmsil olunub

14 may, 12:14

“Maarifçi” olmaq istəyən 2037 nəfər imtahan verəcək

14 may, 12:10

Türkiyə və Şimali Kipr nümayəndələri UNEC-də qonaq olublar

14 may, 11:59

“Bilim Quba” mərkəzinin açılışı olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.