Bütün xəbərlər
4 aprel, 10:34

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı ölkəmizdə kənd təsərrüfatı sahəsində ən qabaqcıl elmi yeniliklərdən və innovativ təlim-tədris texnologiyalarından yararlanaraq dayanıqlı kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsinə imkan yaradır.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüşdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib.

O bildirib ki, ölkəmizdə kənd təsərrüfatı mütəxəssislərin hazırlanması məqsədilə həyata keçirilən beynəlxalq ikili diplom proqramının təsirləri gələcəkdə kənd təsərrüfatının inkişafında və minlərlə insanların həyatında öz effektini göstərəcək.

“Ötən il ilk məzunları olan ADAU-EGE ikili diplom proqramının 30-a yaxın tələbəsi Ege Universitetində təhsilini magistratura pilləsində davam etdirib. Sevindirici haldır ki, universitetimizin tələbəsi Məhsəti Muradova Ege Universitetinin Kənd təsərrüfatı fakültəsindən ən yüksək ortalama ilə birinciliklə məzun olub. Proqram sayəsində ADAU-nun professor-müəllim heyəti üçün onlarla təlim keçilib, hər iki ali təhsil müəssisəsinin əməkdaşlarının birgə elmi-tədqiqat işləri aparması və yüksək indeksli jurnallarda məqalə çap etdirməsi göstəriciləri dəfələrlə yüksəlib”, – deyə rektor proqramın əhəmiyyətindən bəhs edib.

Sonra ADAU-ya dərs tədris etmək üçün gələn Ege Universitetinin bir qrup professor-müəllim heyəti fikir və təkliflərini səsləndirib, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

1 /5

Şərhlər

Xəbər lenti

9 aprel, 17:50

SABAH.HUB-ın təşkilatçılığı ilə növbəti "Demo Day" keçirilib

9 aprel, 17:27

Ölkədə süni intellekt ekosisteminin formalaşması xeyli sürətlənib

9 aprel, 17:25

Qərbi Azərbaycana qayıdış mövzusu Sumqayıtda müzakirə edildi

9 aprel, 17:22

Cənab Prezidentin etimadı qarşıya yeni vəzifələr qoyur

9 aprel, 17:12

III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başlayır

9 aprel, 17:07

Rəqəmsal və nəqliyyat naziri İsrailin elm və texnologiya naziri ilə görüşüb

9 aprel, 16:46

ADNSU və Dövlət Su Ehtiyatları Agentliyi arasında əməkdaşlıq görüşü keçirilib

9 aprel, 16:41

Ağstafada şagird məktəb yoldaşına xəsarət yetirib

9 aprel, 16:15

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? – Tərcümeyi-hal

9 aprel, 16:10

Mingəçevir Dövlət Universitetinə rektor təyin edildi – SƏRƏNCAM

9 aprel, 16:05

Alimlərimizdən zəlzələ ilə bağlı mühüm tədqiqat

9 aprel, 16:03

Paytaxt məktəbliləri Avropada çempion oldular

9 aprel, 15:43

RFO-nun final turunda iştirak hüququ qazananların NƏZƏRİNƏ!

9 aprel, 15:41

Paytaxt məktəblərində anonim qutular yaradılıb – VİDEO

9 aprel, 15:24

Nicat Məmmədli: Bəzi ixtisasların tədris müddətinin azaldılması müzakirə olunur

9 aprel, 15:18

"Türkiyə–Azərbaycan Universiteti təhsil tərəfdaşlığının mühüm nümunəsidir" – Erol Özvar

9 aprel, 15:00

“Məktəbli avtobusu” necə fəaliyyət göstərəcək? – Ekspertdən təklif

9 aprel, 14:57

TKTA İdarə Heyətinin sədri BANM-də şagirdlərlə debat keçirib

9 aprel, 14:40

"Elmi sahədə islahatlar gənc tədqiqatçılar üçün böyük imkanlar vəd edir" – Qulam Babayev

9 aprel, 14:29

NDU-da “Media və süni intellekt” adlı “dəyirmi masa” keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.