Bütün xəbərlər
3 aprel, 13:03

Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 4-10 aprel tarixlərində keçiriləcək.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən “Azərbaycan müəllimi”nə verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Qeyd edək ki, vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək. 

Həmçinin dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. İş yerini bu regionlara (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu) dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək yerdəyişmə edə bilərlər. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər bütün ölkə üzrə yerdəyişmə etmək imkanına malik olacaqlar.

Əlavə olaraq, müsabiqə çərçivəsində aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bala artım əmsalı tətbiq olunacaq:

– Əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır;
– İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır;
– Həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, sözügedən müəssisələrdə 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalına vurularaq hesablanır.

Sənəd qəbulu 4 aprel saat 11:00-dan 10 aprel saat 11:00-dək davam edəcək.

Şərhlər

Xəbər lenti

7 aprel, 18:49

Professor Paul Gibbs-in ADA Universitetində mühazirəsi keçirilib

7 aprel, 18:43

Elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində mühüm islahat

7 aprel, 17:37

Mart ayı ərzində tanınma üzrə müraciətlərin statistikası açıqlanıb

7 aprel, 17:32

UNEC “Research Assistant” süni intellekt alətindən istifadə edəcək

7 aprel, 17:14

Məktəbəhazırlıq qruplarında oxuyan uşaqlar I sinfə necə qəbul ediləcəklər?

7 aprel, 16:38

I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblərin SİYAHISI açıqlandı

7 aprel, 16:30

Bakıda yaşıl bacarıqlar üzrə beynəlxalq konfrans keçirilib

7 aprel, 16:20

Qrant layihələri hazırlayanların tez-tez yol verdikləri səhvlər açıqlandı

7 aprel, 16:10

Şəmkirdə dam örtüyü aşan məktəb təmir ediləcək

7 aprel, 16:00

İşdən çıxan müəllimin qrant layihəsinin taleyi necə olur? - RƏSMİ AÇIQLAMA

7 aprel, 15:58

Qərbi Azərbaycan məktəbləri: Saysız müəllim yetişdirən Ağbulaq məktəbi

7 aprel, 15:14

Vüsalə Əliyeva: Qrant layihələrində şişirdilmiş qiymətlərdən qaçmaq lazımdır

7 aprel, 14:50

Yeni nəsil necə tərbiyə edilsin? – Mütəxəssislər cavab axtardı

7 aprel, 14:46

Ataların məktəb həyatında iştirakı niyə vacibdir? – Psixoloq rəyi

7 aprel, 14:30

Musiqi elminin dərin tədqiqatçısı

7 aprel, 14:28

Ceyhun Məmmədov: Elm sahəsindəki islahatlar ölkənin inkişafına təsir göstərəcək

7 aprel, 14:24

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

7 aprel, 13:30

AzMİU-da tələbələr elektron siqaretlərin zərərləri barədə məlumatlandırılıb

7 aprel, 13:06

Psixoloqların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib

7 aprel, 12:53

ADU məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi konfransı keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.