“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsi çərçivəsində sərgidə iştirak edəcək şagirdlər müəyyən olunub.
Bu barədə “Azərbaycan müəllimi”nə Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak edən IX-XI sinif şagirdlərinin elmi-tədqiqat işləri meyarlara uyğun olaraq qiymətləndirilib.
Qiymətləndirmə “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin Elmi Ekspertiza Komitəsi tərəfindən aparılıb. Müsabiqə çərçivəsində sərgidə iştirakı məqbul hesab olunan layihələr artıq seçilib və bu barədə qalib layihələrə məlumat göndərilib.
Qeyd edək ki, müsabiqənin Azərbaycandakı final mərhələsinin – sərginin mart ayında Bakıda keçirilməsi planlaşdırılır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)