Bütün xəbərlər
29 sentyabr, 11:44

Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) hazırlıq işləri yekunlaşmaq üzrədir. Şəhər məktəbləri ilə yanaşı region məktəbləri də  bu il də festivala müxtəlif kateqoriyalar üzrə qoşulacaqlar. 

“Azərbaycan müəllimi” xəbər verir ki, SAF 2025 Festivalında bu il Astara rayonundan 4 komanda iştirak edəcək. Astara rayonu Deqadi kənd tam orta və Qapçıməhəllə kənd ümumi orta məktəblərindən 2 komanda olmaqla ümumilikdə 4 komanda SAF 2025-də iştirak edəcək. Deqadi məktəbinin V sinif şagirdləri “Fast and Furious”, IV və VII sinif şagirdləri isə "VidX" kateqoriyasında yarışacaqlar.  

Komandaların mentoru məktəbin informatika müəllimi Nemət Tarverdiyevdir. 

Qapçıməhəllə kənd ümumi orta məktəbi festivalda təmsil edəcək komandaların mentoru Vüsalə Rüstəmova bildirib ki, SAF 2025 Festivalının “Rolling Minds” kateqoriyasında “Brain Sparks” adlı komanda ilə yarışacaqlar.

““Rolling minds” kateqoriyası üzrə yarış 8-10 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Biz də IV sinif şagirdləri ilə qoşulacağıq. Bu yarış beyin fəaliyyətini stimullaşdırır, analitik düşüncə, üçölçülü təsəvvür və əməkdaşlıq kimi qabiliyyətləri inkişaf etdirməyə təşviq edir. Eyni zamanda tədqiqat ruhunu gücləndirən bu yarış, uşaqların öyrəndiklərini praktik şəkildə tətbiq etməklə biliklərini möhkəmləndirmələrinə imkan yaradır və onların gələcəkdə daha kompleks problemlərlə mübarizə aparmaq bacarıqlarını artırır. “CubeSat” kateqoriyasi üzrə “Sky Coders” adlı komandamız yarışacaq. Bu kateqoriya üzrə yarış 13-17 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Bizim komanda VIII sinif şagirdlərindən təşkil olunub. Bu yarışda komandalar elektronika, proqramlaşdırma, simsiz xəbərləşmə və idarəetmə, alternativ enerjilər və dizayn bacarıqlarını birləşdirərək öz mini peyklərini hazırlayırlar”.

Qeyd edək ki, Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) Elm və Təhsil Nazirliyinin dəstəyi, STEAM Azərbaycanın təşkilatçılığı ilə 17-19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Bu festival artıq 5-ci ildir ki, təşkil olunur və ənənəvi olaraq regionun ən böyük elm və texnologiya tədbirlərindən biri kimi tanınır.

Şərhlər

Xəbər lenti

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun rektoru və Milli Observatoriyanın sədri arasında görüş keçirilib

17 oktyabr, 14:30

Peşə təmayüllü siniflərdə monitorinq aparacaq mütəxəssislər üçün təlim keçirilib

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

“Elon Mask məni ruhlandırdı” — Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

17 oktyabr, 13:39

AzMİU-da “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi keçirilib

17 oktyabr, 13:35

ETN vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

17 oktyabr, 12:21

UNEC-də narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

17 oktyabr, 12:20

BŞTİ 274 nömrəli məktəbin şagirdi ilə bağlı hadisəyə münasibət bildirdi 

17 oktyabr, 12:12

Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü qeyd olunub

17 oktyabr, 11:43

Kürdəmirdə yanğın olan bağçada tədris davam edir – RƏSMİ AÇIQLAMA

17 oktyabr, 11:32

Əcnəbi tələbələrə miqrasiya qaydaları izah olunub 

17 oktyabr, 11:25

Qayıdışın səsi məktəbdən gəlir: Füzulidən reportaj

17 oktyabr, 11:14

Bağçalarda oyuncaqlardan necə istifadə olunmalıdır?

17 oktyabr, 10:44

AzMİU-da Texnologiyaların Transferi Mərkəzinin yeni bölməsi yaradılıb

17 oktyabr, 10:31

Gürcüstanda ali təhsilin müddəti azaldılacaq

17 oktyabr, 10:02

MDU ilə Ankara Hacı Bayram Veli Universitetinin tədris proqramları uyğunlaşdırılacaq

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.