Bütün xəbərlər
4 aprel, 10:55

Bakı Ali Neft Məktəbində (BANM) Qara Dəniz Universitetləri Şəbəkəsinin (BSUN) üzvləri, Dünya İncəsənət və Elm Akademiyası və Qara Dəniz Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin tərəfdaşları ilə birgə universitetlərin sülh və təhlükəsizliyin təşviqindəki rolu mövzusunda beynəlxalq seminar keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XII Qlobal Bakı Forumu çərçivəsində baş tutub. 

Seminarda Azərbaycanı təmsil edən BSUN üzv universitetlərinin nümayəndələri iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov açılış nitqində universitetlərin sülh və təhlükəsizliyin təşviqindəki mühüm rolunu vurğulayıb. O, təhsil müəssisələrinin dünyada sabitlik və inkişafın təmin olunmasında oynadığı strateji rola diqqət çəkib və beynəlxalq əməkdaşlığın artırılmasının əhəmiyyətini qeyd edib. 

BSUN-un Baş katibi prof. Eden Mamutun moderatorluğu ilə keçirilən panel müzakirələrində Qafqazdan Balkanlara qədər uzanan geniş Qara Dəniz regionunda insan təhlükəsizliyi problemləri ətrafında fikir mübadiləsi aparılıb. 

Dünya İncəsənət və Elm Akademiyasının prezidenti və baş icraçı direktoru Dr. Garri Cakobs, 1996-2000-ci illərdə Rumıniyanın sabiq Prezidenti Emil Konstantınesku, İnterAction Şurasının baş direktoru Dr. Coanna Nös, Qlobal Təhlükəsizlik İnstitutunun prezidenti və Dünya İncəsənət və Elm Akademiyasının qəyyumu Conatan Granoff, Dünya Ətraf Mühit və Resurs İqtisadçıları Assosiasiyaları Şurasının prezidenti və BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi üzrə Qlobal İqlim Mərkəzinin sədri Prof. Dr. Fibe Koundouri, Saloniki Aristotel Universitetinin İdarə Heyətinin üzvü Prof. Dr. Qriqoris Zarotiadis, ‘BRIDGES Sustainability’ Elm Koalisiyasının Qurucu icraçı direktoru Stiven Hartmann, Dünya İncəsənət və Elm Akademiyasının baş katibi Canani Ramanathan və Cənubi Afrikalı naşir, müəllif və Dünya Universitetləri Konsorsiumunun əməkdaşı Qrant Şrayber spiker qismində iştirak ediblər.

1 /6

Şərhlər

Xəbər lenti

9 aprel, 17:50

SABAH.HUB-ın təşkilatçılığı ilə növbəti "Demo Day" keçirilib

9 aprel, 17:27

Ölkədə süni intellekt ekosisteminin formalaşması xeyli sürətlənib

9 aprel, 17:25

Qərbi Azərbaycana qayıdış mövzusu Sumqayıtda müzakirə edildi

9 aprel, 17:22

Cənab Prezidentin etimadı qarşıya yeni vəzifələr qoyur

9 aprel, 17:12

III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başlayır

9 aprel, 17:07

Rəqəmsal və nəqliyyat naziri İsrailin elm və texnologiya naziri ilə görüşüb

9 aprel, 16:46

ADNSU və Dövlət Su Ehtiyatları Agentliyi arasında əməkdaşlıq görüşü keçirilib

9 aprel, 16:41

Ağstafada şagird məktəb yoldaşına xəsarət yetirib

9 aprel, 16:15

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? – Tərcümeyi-hal

9 aprel, 16:10

Mingəçevir Dövlət Universitetinə rektor təyin edildi – SƏRƏNCAM

9 aprel, 16:05

Alimlərimizdən zəlzələ ilə bağlı mühüm tədqiqat

9 aprel, 16:03

Paytaxt məktəbliləri Avropada çempion oldular

9 aprel, 15:43

RFO-nun final turunda iştirak hüququ qazananların NƏZƏRİNƏ!

9 aprel, 15:41

Paytaxt məktəblərində anonim qutular yaradılıb – VİDEO

9 aprel, 15:24

Nicat Məmmədli: Bəzi ixtisasların tədris müddətinin azaldılması müzakirə olunur

9 aprel, 15:18

"Türkiyə–Azərbaycan Universiteti təhsil tərəfdaşlığının mühüm nümunəsidir" – Erol Özvar

9 aprel, 15:00

“Məktəbli avtobusu” necə fəaliyyət göstərəcək? – Ekspertdən təklif

9 aprel, 14:57

TKTA İdarə Heyətinin sədri BANM-də şagirdlərlə debat keçirib

9 aprel, 14:40

"Elmi sahədə islahatlar gənc tədqiqatçılar üçün böyük imkanlar vəd edir" – Qulam Babayev

9 aprel, 14:29

NDU-da “Media və süni intellekt” adlı “dəyirmi masa” keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.