Bütün xəbərlər
28 yanvar, 10:57

Hər nə qədər internetin ziyanlı tərəflərindən danışılsa da, təbii ki, burada faydalı resurslar da çoxdur. Müasir tələbələrin və bütövlükdə gənclərin həyatını asanlaşdıran yollardan biri də internetin təqdim etdiyi imkanlardan düzgün istifadədir. Bu məqsədlə yüzlərlə proqram və tətbiqlər işlənib hazırlanıb. Tələbə və gənclər üçün faydalı olacağını düşündüyümüz tətbiqlərin bir neçəsini diqqətinizə çatdırmaq istəyirik.

Ninja Essays

Ev tapşırıqları, esse, məqalə yazmaq kimi məsələlərdə tələbələrin köməyinə çatan bir platformadır. 400-dən çox müəllifi əhatə edən “Ninja Essays” öyrəndiyiniz və ya araşdırmaq istədiyiniz mövzularda sizə yol göstərə bilər. Saytda elmin müxtəlif sahələri üzrə mütəxəssislər cəmləşib.

Brainly

İmtahanlara hazırlaşmaq üçün çox çalışmaq lazım olduqda, öz beyninizdən başqa “Brainly”ə də güvənə bilərsiniz. Burada tarix, riyaziyyat, fizika, kimya və başqa fənlər üzrə təhsil qruplarına qoşulmaqla biliklərinizi artıra, bildiklərinizi də təkrarlaya bilərsiniz.

Koofers

Bir milyondan çox tələbə, yüz minlərlə müəllim və professorun qeydiyyatdan keçdiyi “Koofers” saytı imtahanlara hazırlıq prosesini asanlaşdıracaq. Saytda tələbələr üçün iş və təcrübə proqramları haqqında da ən son xəbər və elanlar təqdim olunur. 

Student Rate

Ailədən kənarda yaşayan bir tələbə üçün ən çətin işlərdən biri büdcəsini düzgün planlaşdırmaqdır. “Student Rate” büdcə planlamasını öyrətməklə yanaşı, dərsliklərdən texnoloji vasitələrə, səyahət biletlərindən məişət əşyalarına qədər böyük endirim  imkanları təqdim edir. Tələbələr bu endirimlərdən yararlanmaqla büdcələrini daha da qənaətlə xərcləyə bilərlər. 

Sworkit

Başınız dərslərə qarışanda bəzən fiziki hərəkətin, idmanın vacibliyini unudursunuz. “Sworkit” proqramı sizə sağlamlığın qeydinə qalmağın vacibliyini xatırladacaq. Burada sizə müxtəlif fitness proqramları təklif olunur. 

Coursera 

Dünyanın ən yaxşı onlayn təhsil platformalarından biridir. 200-dən çox universitetlə əməkdaşlıq edən veb-sayt tələbələrin təhsilinə fayda verəcək kurslar təqdim edir. Siz bura CV-nizi əlavə etməklə müxtəlif sahələr üzrə sertifikat və diplom verən proqramlara qatıla, yeni peşə və vərdişlər qazana bilərsiniz. 

Sleepy Time

“Sleepytime” yuxu rejiminə əməl edə bilməyən, gecələr gec yatıb səhərlər oyanmaqda çətinlik çəkənlər üçündür. Tətbiq sizə istədiyiniz vaxtda yuxudan oyanmağa yardım etməklə kifayətlənməyib yatmaq üçün ən münasib vaxtları da xatırladır. 

Student Recipes 

Xaricdə təhsil alan tələbələrin dərs və ev tapşırığı qayğıları ilə yanaşı, gündəlik yemək hazırlamaq öhdəliyi də var. Tələbələr üçün nəzərdə tutulan bu platformada 4000-dən çox sürətli və asan başa gələn yemək resepti təqdim olunur. Şorba, qəlyanaltı, salat və desertlər kimi bir çox kateqoriyadan istədiyiniz resepti seçə bilərsiniz.

Keep Me Out

Dərs oxumaq və ya planlaşdırdığınız başqa işlərə fokuslanmaq istədiyiniz zaman bu proqram sizə yardım göstərə bilər. Sosial media da daxil olmaqla diqqətinizi yayındıran saytları bloklamaq üçün “KeepMeOut”dan yararlanmaq olar.

Instructables 

Boş vaxtlarınızda öz əlinizlə nəsə düzəltməyi sevirsinizsə, bu faydalı platforma sizin üçün əvəzedilməz qaynaq olacaq. Siz bu onlayn təlimatçının köməyi ilə dondurmanın hazırlanmasından tutmuş sınıq rəfin təmirinə qədər çox şey öyrənə bilərsiniz.

Health Food Guide

Sağlamlıq üçün qida bələdçisi rolunu oynayan bu tətbiq tələbəlik dövründə stresli, narahat və ya xəstə olduğunuz zamanlarda xilaskarınız ola bilər. Bu bələdçi platforma necə qidalanacağınızı, ya da xəstə dostunuza necə qulluq edəcəyinizi öyrənə biləcəyiniz bir qaynaqdır.

Mənbə: “Azərbaycan məktəbi” jurnalı

Şərhlər

Xəbər lenti

11 mart, 22:26

Şimali Makedoniyanın Prezidenti Azərbaycanda tələbələrlə görüşəcək

11 mart, 20:58

Şimali Makedoniyanın Prezidenti: Elm sahəsində əməkdaşlığın qurulmasına nail ola bilərik

11 mart, 20:40

Siqaret və içkiyə aludə, mobil asılılıq: Zərərli vərdişlərin fəsadları

11 mart, 20:02

İstedadını incəsənətlə göstərənlər - Qalib şagirdlərlə söhbət

11 mart, 19:00

Uşaqların ekran vaxtının məhdudlaşdırılması onların psixi sağlamlığına təsir edir

11 mart, 18:20

Övladları 1-ci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

11 mart, 17:43

Xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulunun tarixi yaxın günlərdə açıqlanacaq

11 mart, 17:27

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 17:25

Xaricdə doktorantura təhsili üçün tələb olunan sənəd sayı azaldılıb

11 mart, 17:13

Türkiyədə doktorantura təhsili üçün təqaüd imkanı

11 mart, 16:40

İmtahandan üzü qara çıxanlar - Onlara münasibət necə olmalıdır?

11 mart, 16:36

Rektor: Dünyanın tanınmış univesitetlərinin təcrübəsi əsasında ixtisaslaşmaların yeni siyahısı hazırlanır

11 mart, 16:36

“Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib

11 mart, 16:15

Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun iclası keçirilib

11 mart, 16:02

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 15:42

Paytaxtda məktəblərin mikroəraziləri ilə bağlı 1630 müraciət cavablandırılıb

11 mart, 15:13

Şagirdlərimizin uğuru bizi daha da həvəsləndirir” – MÜSAHİBƏ 

11 mart, 15:00

Aqrar sahə üzrə yeni təhsil proqramlarının hazırlanması üçün müzakirələrə başlanılıb

11 mart, 13:52

Buraxılış imtahanlarının tarixləri dəyişdirilsinmi?

11 mart, 13:43

UNEC-in 95 illik yubileyinə həsr olunan TEDx konfransı keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.