Bütün xəbərlər
3 iyun, 16:46

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri Bakı Dövlət Universitetində keçirilən III Respublika Olimpiadasında uğurlu nəticə göstəriblər.

Bu barədə “Azərbaycan müəllimi”nə AzMİU-dan məlumat verilib.

Bildirilib ki, Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında Fizika, Riyaziyyat, Kimya, Biologiya və Coğrafiya fənləri üzrə Respublika Olimpiadası keçirilib.

Olimpiadanın əsas məqsədi bu sahələr üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini yüksəltmək, istedadlı tələbələri üzə çıxarmaq və onları elmi fəaliyyətə cəlb etməkdir.

Bu yarışda AzMİU-nu ümumilikdə 11 tələbə təmsil edib – 8 nəfər Fizika fənni, 3 nəfər isə Riyaziyyat fənni üzrə olimpiadada  biliklərini sınayıb. Tələbələrdən ikisi — Mexanika və informasiya texnologiyaları fakültəsinin 844i qrup tələbəsi Rəşid Abbasov (Riyaziyyat fənni üzrə) və İnşaat fakültəsinin 204a5 qrup tələbəsi Səma Qarayeva (Fizika fənni üzrə) həvəsləndirici sertifikatlara layiq görülüblər.

Qeyd edək ki, Rəşid Abbasov bundan əvvəl AzMİU Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Universitetin 50 illik yubileyinə həsr olunmuş Riyaziyyat olimpiadasında birinci yerə layiq görülərək diplom və pul mükafatı ilə təltif olunub.

1 /2

Şərhlər

Xəbər lenti

5 iyun, 13:47

Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

5 iyun, 13:35

Fransız dili müəllimi olmaq istəyənlərə MİQ-də bu mövzulardan suallar düşəcək

5 iyun, 13:32

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb

5 iyun, 13:16

Azərbaycan Dövlət Aqrar Universitetində “Məzun günü” keçirilib

5 iyun, 12:47

BMU tələbəsi İKTA-nın müsabiqəsində I yerin qalibi olub

5 iyun, 12:21

Sabahın hava proqnozu açıqlanıb

5 iyun, 12:15

Dəyişikliklər müsbət nəticə versə də, erkən nikah problemi yenə də aktualdır – Deputat

5 iyun, 12:05

Əvvəl Bakı, sonda İsmayıllı – Gözlənilməz qalibin hekayəsi

5 iyun, 11:55

BSU rektoru Berlində keçirilən konfransda çıxış edib

5 iyun, 11:41

“Müasir metodist” layihəsini uğurla tamamlayanların statistik göstəriciləri açıqlanıb

5 iyun, 11:31

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilib

5 iyun, 11:10

BANM tələbələri beynəlxalq yarışda iştirak hüququ qazanıblar

5 iyun, 11:01

I siniflərin sərbəst qaydada məktəb və müəllim seçimi başladı

5 iyun, 10:53

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 10:46

Sertifikasiya təkcə imtahan yox, həm də müəllimin inkişafının təminatçısı olmalıdır – RƏY

5 iyun, 10:30

Real tarixi hekayələr, fərdi yanaşma… - Kənd məktəblərinin uğurlu təcrübəsi 

5 iyun, 10:29

Məktəblilər “54-cü Beynəlxalq məktub yazısı” müsabiqəsində iştirak ediblər

5 iyun, 10:15

Lisey və gimnaziyalara qeydiyyat başlayır

5 iyun, 09:59

ARTİ-nin şöbə müdiri Qazaxıstan Pedaqoji Elmlər Akademiyasının xarici üzvü seçilib

5 iyun, 09:51

Azərbaycan Milli Konservatoriyasında “Bülbülə ehtiramla” adlı tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.