Bütün xəbərlər
14 aprel, 09:34

Azərbaycan Tibb Universitetinin (ATU) professoru, tanınmış plastik-rekonstruktiv cərrah, tibb elmləri doktoru Vaqif Qələndər dünya tibb elmi və təhsili sahəsində göstərdiyi xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) həqiqi üzvü seçilib. Akademiyanın 3 mart 2025-ci il tarixli qərarına əsasən V.Qələndər “Qızıl ulduz” medalı ilə də təltif edilib.

Bu barədə “Azərbaycan müəllimi”nə ATU-dan məlumat verilib.Bundan əlavə, TDABEA-nın rəsmi tövsiyəsi ilə İsveçrənin Cenevrə şəhərində yerləşən Beynəlxalq Mükafat Komitəsi tərəfindən professor Vaqif Qələndərə birinci dərəcəli “Hipokrat ordeni” təqdim olunub.

Qeyd edək ki, ABŞ-nin Florida Universitetində Rui Fernandesin müəllifi olduğu “Local and Regional Flaps in Head Neck Reconstruction” dərsliyində professor Vaqif Qələndərin “Daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı bərpa üsulu “Vaqif Qələndər metodikası” kimi yer alıb və tədris olunur. Bu istiqamətdə bir çox dərslik və dərs vəsaitlərinin müəllifi olan Vaqif Qələndərin 6 yeni cərrahiyyə metodu, həmçinin 78 elmi əsəri xarici ölkə jurnallarında və beynəlxalq konfrans materiallarında nəşr edilib.

Professor xaricdə bir çox elmi konfranslarda məruzəçi kimi iştirak edib, ölkəmizdə isə 3 dəfə beynəlxalq plastik və rekonstruktiv cərrahiyyə konfranslarının təşkilatçısı olub. O, Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədri olmaqla, həm də Beynəlxalq Plastik və Rekonstruktiv Cərrahiyyə Konfederasiyasının idarə heyətinin üzvü, Beynəlxalq Plastik və Estetik Cərrahiyyə Assosiasiyasının milli katibidir.

1 /3

Şərhlər

Xəbər lenti

28 aprel, 10:00

Müəllimlər arasında “Nə? Harada? Nə zaman” oyunu keçirilib

28 aprel, 09:38

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür

27 aprel, 15:19

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

27 aprel, 14:56

9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

27 aprel, 14:47

Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının yarımfinal mərhələsi keçirilib

27 aprel, 09:15

Sözümüzün gücü: Dövlət dili statusunun şərəfli yolu 

26 aprel, 21:29

Qarabağ Universitetində “COP simulyasiya” konfransı işə başlayıb

26 aprel, 20:56

ABŞ-də uşaq bağçalarında süni intellekt tədris olunacaq

26 aprel, 20:50

“Yüksəliş” müsabiqəsi çərçivəsində beşinci dəfə intellektual yarış keçirilib

26 aprel, 17:06

Goranboy məktəbində yayılan video ilə bağlı araşdırma başladı

26 aprel, 16:40

Nazirlik bağçalarda boş yerlərin sayını açıqlayıb

26 aprel, 15:51

Mir Cəlal Paşayev : “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”

26 aprel, 13:41

UFAZ-da TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

26 aprel, 13:36

BANM tələbələrinin startapı 25 min avro investisiya əldə etdi

26 aprel, 11:25

Emosional vəziyyət imtahan nəticəsinə təsir edir

26 aprel, 09:00

Mir Cəlal Paşayevin Azərbaycan müəllimlərinin IV qurultayında çıxışı – QƏZETİN ARXİVİNDƏN

25 aprel, 17:47

NDU-da akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib

25 aprel, 17:38

ADPU-da “Azərbaycan xeyriyyəçilik tarixinin Musa Nağıyev səhifəsi” mövzusunda tədbir keçirilib

25 aprel, 17:32

Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək – SƏRƏNCAM

25 aprel, 17:30

ADPU-da ötən il 47 elmi-tədqiqat işi tədrisdə tətbiq hüququ qazanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.