Bütün xəbərlər
test
6 yanvar, 09:28

Azərbaycan Milli Konservatoriyasında Təhsilin İnkişafı Fondu ilə görüş keçirilib. 

Bu barədə Fonddan “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, görüşün məqsədi qurumlar arasında tanışlıq və əməkdaşlıq imkanlarının müzakirəsi olub. Görüşdə Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Fondun və Konservatoriyanın nümayəndələri iştirak ediblər.

Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru Kamilə Dadaş-zadə qonaqları salamlayıb və Konservatoriyada görməkdən məmnun olduğunu bildirib. Rektor Konservatoriyanın 24 illik fəaliyyəti haqqında məlumat verib, universitetin strateji məqsədləri və hədəflərindən danışıb. O, Konservatoriyanın milli musiqi irsinin qorunması və inkişaf etdirilməsi istiqamətində gördüyü işlərə xüsusi diqqət çəkib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun yaradılması, məqsədləri, missiyası barəsində ətraflı məlumat verib. Sədr ali təhsil müəssisələri ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq imkanları barəsində bəhs edib. Elnur Nəsibov bu əməkdaşlığın AMK -nın təhsil sisteminin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə tərəflər arasında əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi və tələbələr üçün yeni imkanların yaradılması mövzularında geniş müzakirələr aparılıb.

1 /2

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20January%202025/ed5026e3-348d-43a2-be02-724b7a91a23a_471495089_1353357342589816_9000925409386263347_n.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20January%202025/c35dbc7a-1026-4991-992a-1b27c4613d71_471503362_1353357335923150_8799354966057645777_n.jpg

Xəbər lenti

7 yanvar, 17:29

Uğurlu məzunlar yetişdirən məktəb - REPORTAJ

7 yanvar, 17:18

Şagirdlərin oxu bacarıqlarını artırmaq üçün yeni yanaşma – ABŞ təcrübəsi

7 yanvar, 17:10

Azərbaycanın su ehtiyatlarının idarə edilməsi və meliorasiya sahəsində yeni dövr –  MÜSAHİBƏ

7 yanvar, 17:09

BMU THİK nəzdində yeni klub yaradılıb

7 yanvar, 16:37

BDU Qərbi Timişoara Universiteti ilə mübadilə protokolu imzalayıb

7 yanvar, 16:08

57 investordan rədd cavabı alan uğurlu akademiya

7 yanvar, 15:58

Bu şəxslərin maaşı artırıldı – SƏRƏNCAM

7 yanvar, 15:41

“Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramına seçilən tələbələrin adları açıqlandı

7 yanvar, 15:39

BDU-nun Qazax filialında 2024-cü ildə elmi fəaliyyət uğurlu olub

7 yanvar, 15:28

Valideynlərin təhsildə iştirakı niyə vacibdir? - Mövqe

7 yanvar, 15:20

Ağıllı həyatın sirri: Eynşteynin düşüncə tərzi 

7 yanvar, 14:50

Pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyi istiqamətində tədqiqatlar aparılır

7 yanvar, 14:31

BANM tələbələri Çexiyada “Azərbaycanı tanıyaq” layihəsini təqdim ediblər

7 yanvar, 14:12

Ötən il professor adı alanların sayı açıqlanıb

7 yanvar, 13:40

Gəncədə iki tələbə dəm qazından zəhərlənib

7 yanvar, 11:46

Amerikalı şagirdlərin riyaziyyat bilikləri niyə aşağı düşüb? - MÜSAHİBƏ

7 yanvar, 11:33

Məqsədə çatmağın asan yolu yoxdur - Azərbaycanı dünyada tanıdan gənc

7 yanvar, 11:05

Ötən il 188 nəfərin qeyri-formal və informal təhsili tanınıb

7 yanvar, 09:53

Türkiyənin “Mədəni Azərbaycan” jurnalının xüsusi buraxılışı Məhəmməd Füzuliyə həsr olunub

7 yanvar, 09:47

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.