Xarici tələbələr üçün nəzərdə tutulan “Türkiye Bursları” təqaüd proqramına qeydiyyat başlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu proqramda tələbələrə universitetə qəbul, pulsuz təhsil, yataqxana, qidalanma, tibbi sığorta, təyyarə bileti və üstəlik əlavə təqaüd təklif edilir. Uğurla təhsil alan tələbələrə ikiqat təqaüd almaq imkanı verilir.
Proqrama müraciət edən namizədlər universitetə universitetlərin qəbul imtahanlarından kənar qaydada, birbaşa təqaüd komissiyasının qərarı ilə yerləşdirilir.
Bu imkanlara görə "Türkiye Bursları" təqaüd proqramı dünyada ən çox müraciət edilən proqramlardan biridir.
Proqram sayəsində Türkiyənin nüfuzlu universitetlərində tibb, mühəndislik, beynəlxalq münasibətlər, maliyyə, beynəlxalq ticarət, dizayn və digər ixtisaslar üzrə təqaüdlə təhsil almaq imkanı əldə edə bilərsiniz.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)