Bütün xəbərlər
22 yanvar, 09:54

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) üzvləri ilə görüşüb.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, DAAB-nin sədri, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyevin moderatorluğu ilə onlayn platforma üzərindən keçirilən görüşdə dünyanın müxtəlif qitələrində yaşayan və fəaliyyət göstərən azərbaycanlı alimlər iştirak ediblər.

UNEC rektoru professor Ədalət Muradov alimləri salamlayaraq, görüşün əsas məqsədinin ölkə elminin və təhsilinin dünya təhsil bazarında və elm məkanında mövqeyinin gücləndirilməsi, həmçinin Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq səviyyədə tanıdılması olduğunu bildirib. Rektor bu istiqamətdə dünya azərbaycanlı alimlərinin önəmli roy oynaya biləcəklərini qeyd edib.

Professor Məsud Əfəndiyev UNEC-in bu təşəbbüsünü yüksək qiymətləndirərək, Azərbaycanın elm və təhsilinin beynəlxalq aləmdə tanıdılmasında önəmli körpü rolunu oynayacağından əminliyini ifadə edib. O, UNEC-in təşkil etdiyi görüşün elm və təhsil sahəsində təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

Sonra ABŞ, Kanada, Rusiya, Cənubi Koreya, Almaniya, Fransa, Türkiyə, Avstriya və digər ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlər birgə əməkdaşlıq istiqamətləri ilə bağlı təkliflər irəli sürüblər. Təkliflər arasında birgə tədqiqatların aparılması, müştərək elmi əsərlərin hazırlanması, elmi jurnalların nəşri, beynəlxalq elmi konfransların təşkili, təhsil iqtisadiyyatı ilə bağlı araşdırmaların aparılması, gənc alimlərin inkişafına yönəlmiş mentorluq proqramlarının təşkili kimi önəmli məqamlar yer alıb. Həmçinin məqalələrin keyfiyyətinin artırılması, araşdırma mövzularının müəyyənləşdirilməsi, alimlərin beynəlxalq konfranslarda iştirakının təmin edilməsi, elmi layihələrin strateji idarə olunması, yumşaq bacarıqların elmdə tətbiqi, gənc alimlərin beynəlxalq təşkilatlarda fəaliyyətə cəlb edilməsi, beynəlxalq akkreditasiyanın təmin edilməsi barədə əməkdaşlıq təklifləri səsləndirilib. Alimlər arasında şəbəkələşmənin (networking) yaradılması və əməkdaşlığın effektivliyinin artırılması məqsədilə ölkələr üzrə koordinatorların müəyyənləşdirilməsi də qərara alınıb.

Görüşün sonunda rektor Ədalət Muradov UNEC-də “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: Məktəbdən elmə” adlı iki təşəbbüsə start verildiyini diqqətə çatdırıb. O, azərbaycanlı alimləri bu təşəbbüsə qoşularaq, onları ölkə elminin inkişafına dəstək verməyə, eləcə də məktəblərdə elmin əhəmiyyəti ilə bağlı təbliğatın aparılmasına dəstək göstərilməsinə dəvət edib.

1 /4

Xəbər lenti

22 yanvar, 14:52

Türkiyənin kollec direktorları Hədəf Liseyində olublar

22 yanvar, 14:40

BMU Çin universitetləri ilə ikili diplom proqramına başlayır

22 yanvar, 14:30

BDU ötən illə müqayisədə fiziki və mühəndislik elmləri sahəsində nəticələrini artırıb

22 yanvar, 14:16

Ortaq türk ədəbiyyatı və coğrafiyası dərslikləri hazırlanır

22 yanvar, 13:36

“Parla” məzunu: “Yeni fürsətlər məni gözləyirdi”

22 yanvar, 13:28

Ölkənin 19 STEAM Mərkəzində təlimlər davam edir

22 yanvar, 12:56

Sosial pedaqoq kimdir? Nəyi bilməlidir?

22 yanvar, 12:29

"Yenilənən məktəblər": Bərdə rayonu Alpoud kənd tam orta məktəbi – FOTOLAR

22 yanvar, 12:15

Lənkəran məktəbliləri gözdən əlillər üçün xüsusi eynək hazırladılar

22 yanvar, 12:14

LDU-da Beynəlxalq elmi-praktik konfrans keçiriləcək

22 yanvar, 12:10

UNEC-ə qəbul olmaq istəyən əcnəbilərin sənəd qəbulu başlayıb

22 yanvar, 11:55

“Bağçalar yalnız uşağın gün keçirməsinə xidmət etməməlidir” – Psixoloq

22 yanvar, 11:53

GDU Asiya Ali Təhsil Mükafatları 2025 Müsabiqəsində yer alıb  

22 yanvar, 11:25

Peşə təhsili müəssisələrinə direktor və müavinlərin işə qəbuluna başlanılır

22 yanvar, 11:15

Ekspert: Kiçikyaşlı şagirdlər smartfonların müstəqil istifadəsinə hazır deyillər

22 yanvar, 11:12

İmişlidə qəzada yaralanan məktəbli xəstəxanada dünyasını dəyişib

22 yanvar, 11:02

Göyçayda zəhərlənən tələbələr evə buraxılıblar

22 yanvar, 11:01

“Reytinqlərdə ön sıralarda olmaq üçün əlimizdən gələni edəcəyik” - MÜSAHİBƏ

22 yanvar, 10:56

Tələbə yataqxanaları ilə bağlı yeni layihə olacaq

22 yanvar, 10:26

MDU-da Gənc Alimlər Şurasının növbəti iclası keçirilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.