
Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiəsi İdarəsinin mütəxəssisi vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, test imtahanı Bakı, Sumqayıt, Gəncə, Masallı, Mingəçevir şəhərləri olmaqla, ümumilikdə 9 mərkəzdə təşkil olunub.
Test imtahanı mərhələsində namizədliyi uyğun hesab edilən 1200-ə yaxın namizəd iştirak edib.
İmtahanda namizədlərə 50 sual təqdim edilib, hər sual 1 bal olaraq dəyərləndiriləcək.
Test imtahanı mərhələsindən uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Namizədlərə müsahibənin vaxtı və məkanı ilə bağlı mesaj göndəriləcək.
1 /14
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər