Bütün xəbərlər
25 aprel, 11:42

23 aprel 2025-ci il tarixində Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə həyata keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi üzrə bilik yarışı baş tutub.

“Azərbaycan müəllimi” xəbər verir ki, yarış Bakı şəhəri və Naxçıvan MR daxil olmaqla, 14 müxtəlif regionda təşkil edilib və Bakı şəhərinin hər bir rayonundan 1 komanda olmaqla 12 komanda, Naxçıvan MR-dan 12 komanda, bütün regionlardan isə 64 komanda olmaqla, ümumilikdə hər bir sahə üzrə 88 komanda iştirak edib.

Bilik yarışı üzrə finalda iştirak hüququ əldə edən komanda sayı 18, iştirakçı sayı isə 108 nəfər olub.

Olimpiadanın bilik yarışında məktəblilər riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələri üzrə sualları cavablandırıblar.

Regional mərhələ üzrə şahmat turnirində 12 müxtəlif regiondan 1 qalib komanda, Bakı şəhərindən 5 ən yaxşı komanda, Naxçıvan MR-dan 1 komanda olmaqla, cəmi 90 iştirakçıdan ibarət 18 komanda final mərhələdə iştirak hüququ qazanıb.

Olimpiadanın final mərhələsində aşağıdakı rayon və şəhərlərdən olan komandalar iştirak edəcəklər:

Bilik yarışı istiqaməti üzrə: Bakı şəhərinin Xəzər, Nəsimi, Yasamal, Xətai, Nərimanov rayonları, Gəncə, Naxçıvan, Mingəçevir, Şəki şəhərləri, Abşeron, İsmayıllı, Lerik, Saatlı, Bərdə, Qazax, Qusar, Zəngilan, Neftçala rayonları.

Şahmat turniri üzrə: Bakı şəhərinin Xətai, Xəzər, Sabunçu, Səbail, Yasamal rayonları, Gəncə, Naxçıvan, Sumqayıt, Şəki şəhərləri, Ağcabədi, Ağsu, Beyləqan, Cəbrayıl, Göyçay, Quba, Masallı, Neftçala, Tovuz rayonları.

“Zəkaların mübarizəsi” olimpiadasının keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.

Qeyd edək ki, komanda yarışı formatında keçirilən olimpiada regional və respublika mərhələlərindən ibarətdir. Cari ilin aprel ayında keçirilən regional mərhələnin nəticələri əsasında qaliblərin müəyyən olunması üçün may ayında olimpiadanın final mərhələsi təşkil ediləcək.

Təhsil sahəsində bir çox layihələrə dəstək olan Heydər Əliyev Fondu xüsusi istedada malik şagirdlərin aşkar edilməsi və onların potensiallarının inkişaf etdirilməsi istiqamətinə xüsusi diqqət yetirir. 

1 /17

Şərhlər

Xəbər lenti

1 iyun, 18:32

“Xaricə göndərilən gənclərin qayıtması nəticəsində mühüm elmi uğurların şahidi olacağıq - Nazir

1 iyun, 18:26

Qarabağ Universitetində kampus inşası planlaşdırılır – Emin Əmrullayev 

1 iyun, 16:55

Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş ilk elmi konfrans keçirilib

1 iyun, 16:02

Fərhad Hacıyev: “İdarəetmə imtahanı kadr bankının formalaşmasına xidmət edir”

1 iyun, 15:57

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib

1 iyun, 15:19

Bugünkü imtahanların nəticələri 2 həftədən sonra açıqlanacaq

1 iyun, 15:06

6 abituriyent, 1 nəzarətçi imtahandan kənarlaşdırılıb - DİM

1 iyun, 14:15

Firudin Qurbanov: Festival türk xalqları arasında əməkdaşlığa töhfə verir

1 iyun, 12:57

Naxçıvanda “Uşaqların rəngli dünyası” festivalı  keçirilir

1 iyun, 12:47

Uşaq olmaq necədir? – Onların məsum düşüncələri 

1 iyun, 11:27

“Atam məni görür” -  Atalarının izlərini Şuşada axtaranlar - REPORTAJ

1 iyun, 10:39

Məktəblilər səhnədə: Problemlərini sakit, “dərd”lərini gülərək həll edirlər - REPORTAJ

1 iyun, 10:11

Bu gün I və IV qruplar üzrə qəbul imtahanı keçirilir

31 may, 15:52

Naxçıvanda "Ümumi təhsilin aktual problemləri" mövzusunda konfrans keçirilib

31 may, 15:39

BSU tərəfindən özbək dilinə tərcümə olunan "Qərbi Azərbaycana qayıdış" Konsepsiyası sərgilənib

31 may, 14:16

“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib

31 may, 12:42

Fuad Qarayev: Öyrənməyi sevən şagirdlər mütləq seçilirlər

31 may, 11:44

4SİM: Azərbaycanın süni intellekt təcrübəsi Davos İqtisadi Forumunda təqdim olunacaq

31 may, 09:01

Azərbaycan Texnologiya Universiteti Özbəkistanın universitetləri ilə əlaqələrini genişləndirir

30 may, 23:45

Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində maraqlı təşəbbüs

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.