Nicat Məmmədli: Daha böyük layihələrin reallaşmasına nail olmaq istəyirik

5 Fevral, 2026 - 17:31
Nicat Məmmədli: Daha böyük layihələrin reallaşmasına nail olmaq istəyirik

Milli Aviasiya Akademiyasının timsalında daha bir ali təhsil müəssisəsi də “Tələbə+” layihəsinə qoşuldu. Bu bizim üçün qürurlu bir haldır.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Təhsilin İnkişaf Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli deyib.

“Ümid edirəm ki, Milli Aviasiya Akademiyasının tələbələri də bu təşəbbüsün verdiyi faydalardan yararlana biləcəklər. Bu layihənin əsas məqsədi tələbələri dəstəkləmək, onların təhsilə daha çox vaxt ayırmalarına şərait yaratmaqdan ibarətdir. Təhsilin İnkişaf Fondu bir neçə istiqamətdə layihə hazırlayır. İlk növbədə, həssas sosial qruplardan olan tələbələrə müxtəlif dəstək mexanizmləri, infrastruktur layihələrini həyata keçiririk. Gələcəkdə bu layihələrin sayının artırılması da nəzərdə tutulub. Daha böyük layihələrin reallaşmasına nail olmaq istəyirik ki, həm tələbələr, həm də müəllimlər üçün, ümumilikdə isə ölkəmizin təhsili üçün faydalı işlər görək”, – deyə N.Məmmədli əlavə edib.