Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başladı
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Rəqəmsal İstedadlar” layihəsi çərçivəsində “Code Academy” ilə birgə həyata keçirilən 3 dərəcəli “ Süni intellekt əsaslı təhsil proqramı”na qeydiyyat başlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, 405 nəfər bu imkandan yararlana biləcək.
Hazırda hər 3 dərəcə üzrə qeydiyyat açıqdır:
I dərəcə təhsil modeli – Süni intellekt savadlılığı
Bu tədris modeli süni intellekt üzrə baza bilikləri qazandırır, Sİ alətlərindən gündəlik fəaliyyətdə və tədrisdə düzgün istifadə bacarıqlarını formalaşdırır.
II dərəcə təhsil modeli – Praktiki İKT bacarıqları
Bu tədris modeli süni intellekt əsaslı proqramlaşdırma, kibertəhlükəsizlik və data analitikası üzrə praktiki bacarıqların inkişafını və əmək bazarına hazırlığı təmin edir.
III dərəcə təhsil modeli – İxtisaslaşmış təlim proqramları
Bu tədris modeli DevOps, zərərli proqramların təhlili və risklərin idarə edilməsi üzrə ixtisaslaşmış bilik və praktiki bacarıqları dərinləşdirir.
Təlim formatı: Yalnız regionlar üçün nəzərdə tutulan “Süni İntellekt biliyi əsasları” qruplarında təlimlər onlayn keçiriləcək. Digər proqramlarda təlimlər oflayn formatda təşkil olunacaq.
I dərəcə təhsil modeli: “Müəllimlər üçün süni intellekt” proqramı üçün müəllimlik və ya pedaqoji fəaliyyət təcrübəsi tələb olunur. Digər I dərəcə proqramları üçün ön şərt yoxdur.
II dərəcə təhsil modeli: İKT, riyaziyyat və mühəndislik ixtisasları üzrə sonuncu kurs tələbələri və məzunları üçün nəzərdə tutulub.
III dərəcə təhsil modeli : Müvafiq İKT sahəsində minimum 1 il iş təcrübəsi və ya uyğun peşəkar sertifikat tələb olunur.
Son müraciət tarixi: 11 oktyabr
🔗 Müraciət üçün: https://idda.az/az/reqemsal-seristelerin-inkisafi/teqaud-proqramlari/suni-intellekt-esasli-tehsil-proqrami




