Olimpiya və dünya çempionları Şuşada məktəblilərlə görüşüblər
İdmançılarımızın işğaldan azad edilmiş torpaqlara müntəzəm səfərləri olur, səfərlər zamanı məktəblilərlə görüşürlər.
"Azərbaycan müəllimi" xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə təşkil edilən növbəti səfər çərçivəsində qonaqlar Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin müəllim və şagird heyəti ilə görüşüblər.
Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK-un) vitse-prezidenti, Güləş Federasiyasının vitse-prezidenti, olimpiya və dünya çempionu Fərid Mansurov, MOK-un İcraiyyə Komitəsinin üzvü, Güləş Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Namiq Abdullayev, dünya və Avropa çempionu Rafiq Hüseynovla, Güləş Federasiyasının baş katibi Pərvin Piriyev iştirak ediblər.
Onlar çıxış etdikləri yarışlar və əldə etdikləri nəticələr barədə şagirdlərlə söhbət edib, onları maraqlandıran sualları cavablandırıblar.
Görüşün sonunda məktəbin direktoru Səbinə Gözəlova qədim ənənəyə malik olan bu tədris ocağı ilə idmançıları yaxından tanış edib.



