Ölkədə ilk Aptis imtahanı: 96% tələbə uğur qazandı

17 İyun, 2026 - 17:39
Ölkədə ilk Aptis imtahanı: 96% tələbə uğur qazandı

UNEC-də ingilis dili imtahanları ilk dəfə olaraq Britaniya Şurası (British Council) tərəfindən Aptis formatında keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, imtahanlarda ümumilikdə 2523 bakalavr iştirak edib. Onlardan 2414 nəfəri (95,7 faiz) uğurlu nəticə göstərib, 109 nəfər (4,3 faiz) isə qeyri-müvəffəq qiymət alıb.

Danışıq, dinləmə, oxu və yazı bacarıqları üzrə əldə olunan nəticələr arasında ən yüksək göstərici danışıq üzrə qeydə alınıb. Belə ki, bu bacarıq üzrə tələbələrin 95,2 faizi uğur qazanıb.

Ümumilikdə 411 tələbə (17,03 faiz) ən yüksək nəticə olan C, 1102 tələbə (45,65%) B2, 901 tələbə (37,32 %) isə B1 səviyyəsi üzrə beynəlxalq sertifikat əldə edib.