“Ortaq türk tarixi” dərsliyi: XV əsrdən sonrakı dövr niyə əhatə olunmur?

22 Yanvar, 2025 - 13:19
“Ortaq türk tarixi” dərsliyi: XV əsrdən sonrakı dövr niyə əhatə olunmur?
“Ortaq türk tarixi” dərsliyi: XV əsrdən sonrakı dövr niyə əhatə olunmur?

“Ortaq türk tarixi” dərsliyi XV əsrə qədər türk xalqlarının tarixini əhatə edir. Halbuki Azərbaycan tarixinin ən parlaq dövrü elə XVI əsrdən başlayır (Səfəvilər dövləti). Belə olan halda, nə üçün “Ortaq türk tarixi” dərsliyi yalnız XV əsrə qədər olan dövrlə kifayətlənir?

Bu mövzuyla bağlı “Azərbaycan müəllimi” Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. 

Nazirlikdən bildirilib ki, Beynəlxalq Türk Akademiyası tərəfindən “Ortaq türk tarixi” üzrə digər dövrləri əhatə edən məzmun hazırlandığı təqdirdə, üzv dövlətlər tərəfindən layihəyə baxılacaq.

Qeyd edək ki, ortaq türk dərsliklərinin hazırlanması ideyası 2012-ci ildə yaranıb. 2014-cü ildə ortaq tarix kitabının yazılması qərara alınıb. Bunun üçün Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən tarixçi alim və müəllimlərdən ibarət komissiya yaradılıb və dərs vəsaiti Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanıb.

2017-ci ildə tamamlanan “Ortaq türk tarixi” dərsliyi 2019-2020-ci tədris ilindən Azərbaycanda dərsdənkənar məşğələ kimi seçilmiş məktəblərdə pilot qaydada istifadəyə verilib.