Ötən il 4 minədək müəllimin əmək müqaviləsinə xitam verilib

14 Mart, 2025 - 12:23
Ötən il 4 minədək müəllimin əmək müqaviləsinə xitam verilib
Ötən il 4 minədək müəllimin əmək müqaviləsinə xitam verilib

2024-cü ildə sertifikasiya imtahanının test mərhələsində keçid balını toplaya bilmədiyi üçün təkrar sertifikatlaşdırmaya cəlb edilən 7300 müəllimin 3400-ü uğur qazanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu məlumat Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyətinə dair  hesabatda öz əksini tapıb.

Qeyd edilib ki, təkrar sertifikatlaşdırmada keçid balını toplaya bilməyən, həmçinin imtahanda iştirak etməyən 4 minədək müəllimlə bağlanılmış əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilib.