Ötən il doktorantura və dissertanturaya qəbul 61% olub

14 Mart, 2025 - 11:35
Ötən il doktorantura və dissertanturaya qəbul 61% olub
Ötən il doktorantura və dissertanturaya qəbul 61% olub

2024-cü ildə elm və ali təhsil müəssisələrinin doktorantura və dissertantura səviyyəsinə qəbul planı 1,5 min nəfər olmuş, faktiki qəbul 61% təşkil etmişdir. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyətinə dair hesabatında ümumi məlumat öz əksini tapıb.

Qeyd olunub ki, dövlət sifarişi yerləri 520 yer olaraq qalmış və bütün yerlər tutulmuşdur.