Ötən tədris ilində 18 bağça müdiri işdən çıxarılıb

11 Sentyabr, 2025 - 10:53
Ötən tədris ilində 18 bağça müdiri işdən çıxarılıb
Ötən tədris ilində 18 bağça müdiri işdən çıxarılıb

Ötən tədris ilində fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunan bağça müdirlərinin sayı açıqlanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, monitorinqlər nəticəsində 18 məktəbəqədər təhsil müəssisəsi müdirinin fəaliyyətinə xitam verilib.