Özbəkistanın Turan Beynəlxalq Universitetinin rektoru BANM-də olub

1 Aprel, 2025 - 11:06

Özbəkistanın Turan Beynəlxalq Universitetinin təsisçisi və rektoru Əhədxon Nəcmitdinov SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub. Səfər çərçivəsində BANM rektoru Elmar Qasımovla görüşüb.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə iki ali təhsil müəssisəsi arasında tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə tədqiqatların və akademik proqramların həyata keçirilməsi, ikili dərəcə proqramları, eləcə də qısa təhsil proqramları və yay məktəblərinin təşkili müzakirə edilib.