Özbəkistanlı professor-müəllimlər AzTU-da təcrübə keçəcəklər

25 Sentyabr, 2026 - 09:48
Özbəkistanlı professor-müəllimlər AzTU-da təcrübə keçəcəklər

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Namanqan Dövlət Texniki Universitetinin akademik əməkdaşlığı çərçivəsində tərəfdaş universitetin professor-müəllim heyəti AzTU-ya səfər edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bir ay davam edəcək təcrübə proqramında Namanqan Dövlət Texniki Universitetinin mexanika, nəqliyyat və energetika mühəndisliyi sahələri üzrə akademik heyəti iştirak edir.

Səfər müddətində qonaqlar AzTU-nun müvafiq kafedralarının fəaliyyəti, tədris prosesinin təşkili, elmi-tədqiqat infrastrukturu və müasir tədris metodları ilə yaxından tanış olacaqlar. Eyni zamanda, universitetin professor-müəllim heyəti ilə təcrübə mübadiləsi aparılacaq, mühəndislik sahələri üzrə birgə tədqiqatların həyata keçirilməsi və elmi-pedaqoji əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunacaq.

Səfər iki universitet arasında mövcud akademik əlaqələrin inkişafına, professor-müəllim heyətinin peşəkar təcrübəsinin artırılmasına və birgə elmi fəaliyyətin təşviqinə xidmət edir.