“Parla” təqaüd proqramının qalibləri AÇIQLANDI
Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramı üzrə qaliblərin adları elan edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, qaliblərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, proqrama ümumilikdə 1170 nəfər müraciət edib. Seçim meyarlarına uyğun gələn 167 namizəd müsahibə mərhələsinə vəsiqə qazanıb. Müsahibə zamanı namizədlərin hədəfləri, sosial vəziyyəti, dərsdənkənar fəallıqları qiymətləndirilib. Seçim prosesinin bütün mərhələlərini uğurla tamamlayan 50 tələbə qız “Parla” təqaüd və inkişaf proqramının qalibi olub.


