Peşə bacarıqlarının tanınması sistemi təkmilləşdiriləcək

20 İyul, 2026 - 15:42
Peşə bacarıqlarının tanınması sistemi təkmilləşdiriləcək

Qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə olunmuş bacarıqların tanınması sistemi təkmilləşdiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda əksini tapıb.

Tədbirlər Planına əsasən, qeyri-formal və informal təhsil vasitəsilə əldə edilmiş bacarıqların tanınması və əmək bazarında istifadəsi imkanlarının genişləndirilməsi nəzərdə tutulur.