Peşə məktəbinin istilik təminatı ilə bağlı məsələyə RƏSMİ MÜNASİBƏT

16 Yanvar, 2026 - 16:13
Peşə məktəbinin istilik təminatı ilə bağlı məsələyə

İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində istiliklə bağlı yaranmış müvəqqəti narahatlıq aradan qaldırılıb.

Bunu “Azərbaycan müəllimi”nin sorğusuna Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildiriblər. 

Məlumatda bildirilib ki, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində istiliklə bağlı yaranmış müvəqqəti narahatlıq texniki xarakterli olub. Belə ki, istilik sisteminə daxil olan radiatorlardan birində nasazlıq aşkarlanıb: “Məsələ ilə bağlı  müvafiq texniki tədbirlər görülmüş, nasaz radiator qısa müddət ərzində təmir edilərək problem aradan qaldırılıb. Hazırda təhsil müəssisəsində istilik sistemi tam normal rejimdə fəaliyyət göstərir və istilik təminatı bərpa olunub”.

Qeyd edək ki, bir necə gün əvvəl bu mərkəzdə istiliklə bağlı problemlərin mövcudluğu barədə "Azərbaycan müəllimi"nə şikayət daxil olmuşdu.