Peşə məktəbinin məzunları beynəlxalq sertifikatlar alacaqlar

21 İyul, 2025 - 11:27
Peşə məktəbinin məzunları beynəlxalq sertifikatlar alacaqlar
Peşə məktəbinin məzunları beynəlxalq sertifikatlar alacaqlar

“Artıq məzunlar diplomla yanaşı, beynəlxalq sertifikatlar da əldə edəcəklər”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili ilə bağlı təşkil olunan brifinqdə söyləyib.

C.Kərəmov bildirib ki, bu məqsədlə Peşə Təhsili üzrə Dövlət Agentliyi yeni layihə üzərində çalışır. Yeni pilot layihəyə əsasən, təxminən 100 nəfərin ölkənin 3 böyük şirkətində təlim keçməsi planlaşdırılır.

Bu layihələr ödənişli əsaslarla təşkil ediləcək.