Peşə məktəblərində müəllimlərin sayı artıb
Peşə təhsili müəssisələrində müəllimlərin sayı artıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycanda təhsil, elm və mədəniyyət" statistik məcmuəsində yer alıb.
Məlumata görə, əgər 2024-cü ildə peşə təhsili müəssisələrində çalışan müəllimlərin sayı 1733 nəfər idisə, 2025-ci ilin əvvəlində bu say 1924 nəfərə çatıb. Yəni peşə təhsili müəssisələrində çalışan pedaqoji heyətin sayı 191 nəfər artıb.



