Peşə məktəblərini bitirən subbakalavrların 52 faizi ali məktəbə qəbul olub
2024-2025-ci tədris ilində yüksək texniki peşə təhsili səviyyəsində 19 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 2453 nəfər tələbə adını qazanıb.
Bu barədə “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ildə sözügedən peşə təhsili səviyyəsindən məzun olan 281 nəfərdən 148-i (52.7%) ali təhsil müəssisəsinə qəbul olub.



