Peşə müəllimləri üçün yeni ixtisasartırma proqramları tətbiq ediləcək

20 İyul, 2026 - 15:49
Peşə müəllimləri üçün yeni ixtisasartırma proqramları tətbiq ediləcək

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün təkmil ixtisasartırma proqramları tətbiq ediləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda əksini tapıb.

Tədbirlər Planına əsasən, müasir texniki bilik və bacarıqlar üzrə təlim keçən təhsilverənlərin sayının minimum 300 nəfərə çatdırılması nəzərdə tutulur.