Peşə tanınması imtahanında iştirak edənlərin yalnız 12%-i uğur qazanıb
Martın 17-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən peşə tanınması imtahanında iştirak edən 146 namizəddən cəmi 18-i keçid balını toplayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumat Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 2026-cı ilin I rübü üzrə elektron bülletenində əksini tapıb.
Bildirilib ki, ümumi uğur göstəricisi 12% təşkil edib. İmtahanda ən çox müraciət edilən ixtisaslar üzrə nəticələrə gəlincə, “Hüquqşünaslıq” ixtisası üzrə 79 nəfər iştirak etsə də, yalnız 5 nəfər uğurlu nəticə göstərib. Bu isə cəmi 6,4% deməkdir və namizədlərin 94%-i imtahandan keçə bilməyib.
“Müəllimlik” ixtisası üzrə imtahanda 21 nəfər iştirak edib, onlardan 9-u uğur qazanıb. Beləliklə, bu istiqamətdə uğursuzluq faizi 57% təşkil edib.
“Mühəndislik” ixtisası üzrə 46 nəfərdən yalnız 4-ü müvəffəq olub ki, bu da 91% uğursuzluq göstəricisi deməkdir.
“Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə isə imtahanda iştirak edən 17 nəfərdən heç biri uğurlu nəticə əldə edə bilməyib və uğursuzluq göstəricisi 100% olub.



