Peşə Təhsil Mərkəzində yataqxanada yaşayan tələbələrlə görüş keçirilib
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi tərəfindən Mərkəzin yataqxanasında yaşayan tələbələrlə görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı tələbələrin yataqxanada yaşayış şəraiti, daxili intizam qaydaları, təhlükəsizlik və yanğın təhlükəsizliyi, təmizlik və sanitariya qaydaları, eləcə də yataqxanadan istifadə ilə bağlı digər məsələlər müzakirə olunub.
Tələbələrə ümumi qaydalara riayət etməyin, yataqxana əmlakına və digər sakinlərə hörmətlə yanaşmağın vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, tələbələrin qarşılaşdıqları məsələlər, fikir və təklifləri dinlənilib.
Görüşün əsas məqsədi yataqxanada sağlam sosial mühitin, qarşılıqlı hörmətin və nizam-intizamın təmin olunmasına töhfə vermək olub.




