Peşə təhsili alan 90 məzun ali məktəbə qəbul olub

28 Avqust, 2026 - 10:33
Peşə təhsili alan  90 məzun ali məktəbə qəbul olub

Yüksək texniki peşə təhsilini başa vuran 90 məzun ali məktəbə qəbulun I mərhələsində uğur qazanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, məzunların seçdiyi universitetlər arasında Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Xəzər Universiteti yer alır.

Seçilən ixtisas istiqamətləri isə turizm, baytarlıq, memarlıq, mühasibat uçotu, nəqliyyat mühəndisliyi, interyer dizayn, mehmanxana və restoran işi və digər sahələri əhatə edir.