Peşə təhsili alanlar üçün karyera qurmaq mövzusunda seminar keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Job in Global” şirkətinin təsisçisi Ceyhun Sabirli tərəfindən “Türkiyədə turizm sahəsində iş imkanları və karyera qurmaq” adlı seminar keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, seminarda iştirak edən gənclərə beynəlxalq turizm sektorunda karyera perspektivləri, Türkiyədə peşə təcrübəsi və iş imkanları, praktik bacarıqların formalaşdırılması yolları barədə faydalı məlumatlar təqdim olunub.
Qeyd edək ki, 2023-cü ildən davam edən əməkdaşlıq çərçivəsində sözügedən mərkəzin tələbə və məzunları Türkiyənin nüfuzlu hotellərində işləmək və təcrübə qazanmaq imkanı əldə ediblər.



