Peşə təhsili alanların sayı 40 faiz artıb - Nazir

17 Mart, 2026 - 11:34
Peşə təhsili alanların sayı 40 faiz artıb

"2025-2026-cı tədris ili üzrə peşə təhsili müəssisələrinə 27000-dən çox tələbə qəbul olunub". 

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində keçirilən Aqrar biznes festivalında deyib.

Nazir bildirib ki, bu, peşə təhsili alanların sayında 40% artımın olması deməkdir.