Peşə təhsili ilə bağlı yeni ixtisas təsnifatı hazırlanacaq
“Sənətkarlıq istiqaməti üzrə olan ixtisaslara, eləcə də yeni texnologiyaların inkişafı ilə əlaqədar bəzi ixtisaslara artıq maraq və tələb yoxdur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili ilə bağlı təşkil olunan brifinqdə söyləyib.
O qeyd edib ki, hazırda təsnifatda 900-ə yaxın peşə təhsili ixtisası var: “Gələn ildən yeni ixtisas təsnifatı hazırlanacaq və orada yeni ixtisaslar olacaq, bəziləri çıxarılacaq. Bununla bağlı məlumat ictimaiyyətlə paylaşılacaq. Yeni ixtisas təsnifatının 2026-cı ilin I rübünə qədər açıqlanması nəzərdə tutulur".



