Peşə təhsili müəssisələrində işləmək istəyənlərin NƏZƏRİNƏ!

10 Avqust, 2026 - 14:27
Peşə təhsili müəssisələrində işləmək istəyənlərin

2026/2027-ci tədris ili üçün dövlət peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatıb.

Bu barədə "Azərbaycan müəllimi"nə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqənin test imtahanı mərhələsinin 11 avqust 2026-cı il tarixində keçirilməsi nəzərdə tutulub.

Test imtahanında iştirak edəcək hər bir namizədə imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumat SMS bildirişi vasitəsilə göndərilmişdir. Namizədlərdən imtahanın keçiriləcəyi ünvana saat 08:45-dən gec olmayaraq gəlmələri və imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etmələri xahiş olunur.

Namizədlər test imtahanı mərhələsi ilə bağlı ətraflı məlumatı aşağıdakı keçidlərdən əldə edə bilərlər:

Test imtahanı barədə təlimat