Peşə təhsili müəssisələrinə qəbul olanların sayı 90 faiz artıb
Peşə təhsili müəssisələrinə qəbul planının 74 faizini, yəni 24 425 yeri dövlət sifarişli yerlər təşkil edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün keçirilən brifinqdə məlumat verib.
İ.Bayramlı bildirib ki, dövlət sifarişli plan yerlərinin sayı son 4 ildə 52 faiz artıb: “2020-ci ildən etibarən peşə təhsili müəssisələrinə qəbul olanları sayı 90 faiz artıb”, – deyə o bildirib.
O həmçinin qeyd edib ki, qəbul planının 66 faizi regionlarda yerləşən peşə təhsili müəssisələrinin, 34 faizi isə Bakı şəhərinin payına düşür.




