Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayıb
Bu gündən peşə təhsili müəssisələrinə 2026-2027-ci tədris ili üzrə tələbə qəbulu başlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, peşə təhsili müəssisələrinə qəbul "portal.edu.az" platforması üzərindən həyata keçirilir. Saat 10:00-dan etibarən portal aktivdir.
Sistemə giriş "myGov" ID vasitəsilə təmin olunacaq.
Qeydiyyat 23 iyul - 10 avqust tarixlərində aparılacaq.
14-15 avqust tarixlərində nəticələrin elan edilməsi nəzərdə tutulur.
16-25 avqustda isə peşə təhsili müəssisələrinə qəbul olanların sənəd qəbulu mərhələsi baş tutacaq.




