Peşə təhsili müəssisələrinin məzunları üçün əmək yarmarkası keçirilib

8 Aprel, 2026 - 16:56
Peşə təhsili müəssisələrinin məzunları üçün əmək yarmarkası keçirilib

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.

"Azərbaycan müəllimi" xəbır verir ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən yarmarkada mərkəzin tələbə və məzunları ilə yanaşı, Rabitə və İnformasiya Texnologiyaları, İctimai İaşə və Xidmət, Mədəniyyət və Sənətkarlıq, Dəmir Yolu və Metropoliten, Turizm və Sosial Xidmətlər, Emal Sənayesi, Tikinti və Quraşdırma İşləri, Aviasiya və Avtomobil Nəqliyyatı, eləcə də Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri istiqamətləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzlərinin tələbə və məzunları da iştirak ediblər.

Tədbirin əsas məqsədi tələbə və məzunların məşğulluq imkanlarının artırılması, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi və işəgötürənlərlə birbaşa əlaqələrinin genişləndirilməsi olub.

Aktiv məşğulluq tədbiri çərçivəsində 30 işəgötürən tərəfindən ümumilikdə 341 vakansiya təqdim edilib. Vakansiyalara müraciət edən şəxslərə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, uyğun namizədlərin ilkin qeydiyyatı aparılıb.

Eyni zamanda, iştirakçılara Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri və layihələr barədə ətraflı məlumat təqdim olunub.

Yarmarkada iştirakçılara peşə hazırlığı kursları barədə məlumat verilib, həmçinin yerində karyera məsləhəti xidməti göstərilib.