Peşə təhsili müəssisələrinin müəllimləri təlimlərə cəlb ediləcəklər
Bu il peşə təhsili müəssisələrində çalışan müəllimlər süni intelektdən istifadəyə dair həm yerli, həm də beynəlxalq təlimlərə cəlb ediləcəklər.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, peşə təhsilində məzmun və müəllimlərin inkişafı istiqamətində süni intelektdən istifadəyə dair hazırda planlama işləri aparılır: “Cari ildə müəllimlər müvafiq istiqamət üzrə həm yerli, həm beynəlxalq təlimlərə cəlb ediləcəklər”.




