Peşə təhsili pilləsində təhsilalanların bərpası prosesi BAŞLAYIB
Peşə təhsili pilləsində təhsilalanların bərpası prosesinə 7 yanvar tarixindən etibarən start verilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bərpa üçün müraciət etmək istəyən şəxslər www.portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq “Təhsilalanların köçürülməsi və bərpası” xidmətini seçə bilərlər.
Son müraciət tarixi: 15 yanvar, saat 18:00
Müraciət linki: https://portal.edu.az/


