Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
İstanbul şəhərində keçirilən nüfuzlu “European Judo Cup” beynəlxalq turnirində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin “Binaların tikintisi və istismarı” qrupunun tələbəsi Sadiq İsgəndərli uğurla çıxış edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, 27 ölkədən 515 idmançının iştirak etdiyi Avropa Kubokunda tələbəmiz böyük əzmkarlıq nümayiş etdirərək 66 kq çəki dərəcəsində 7 görüş keçirib.
2007-ci il təvəllüdlü Sadiq İsgəndərli yarışın yekununda III yerə layiq görülərək bürünc medal qazanıb və ölkəmizi layiqincə təmsil edib.



